Azərbaycan minifutbol tarixində ilk!
Monteneqronun Herseq-Novi şəhərində Avropa Minifutbol Federasiyasının (EMF) təşkil etdiyi minifutbol üzrə Çempionlar Liqası davam edir.
Komanda.az xəbər verir ki, sayca beşinci dəfə keçirilən ÇL-də ölkəmizi bu mövsüm “Alfa Fire” liqanın son çempionu “Beerbaşa” komandası təmsil edir.
Təmsilçimiz ötən gün baş tutan ilk turun oyununda Çexiya komandası “La Plate de Cünde Praha” ilə mübarizə aparıb və 1:2 hesabıyla uduzub. Bu gün isə “Beerbaşa” Bolqarıstan təmsilçisi “DXC Technology” ilə üz-üzə gəlib və 5:1 hesablı qələbəyə sevinib. Nəticədə bu komanda avrokuboklarda ilk qələbə və ilk xal qazanan Azərbaycan klubu kimi adını minifutbol tariximizə yazdırıb.
“Beerbaşa” sabah baş tutacaq son turun matçında Rumıniya “AEK Oradea”sı ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin