Azərbaycan milllisi Belarusda hazırlıq keçəcək

Yeniyetmə oğlan voleybolçulardan ibarət Azərbaycan millisi (2008-2009 təvəllüdlülər) Belarusa yola düşüb.

Komanda.az Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Minskdə Belarusun 18 yaşadək oğlanlardan ibarət millisi ilə birgə təlim-məşq toplanışı keçəcək.

İyunun 12-ə kimi davam edəcək birgə təlim-məşq toplanışı ilə yanaşı, komandalar arasında yoxlama oyunları da təşkil olunacaq.

Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb.

Yığma bu il Azərbaycanda keçiriləcək MBD Oyunlarında iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button