Azərbaycan millisinə “Keşlə”dən 6 oyunçu çağırıldı
19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması fevralın 13-dən 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, milli toplanış çərçivəsində fevralın 19-da və 21-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək. Bakı İdman Sarayında keçiriləcək qarşılaşmalar saat 18:00-da start götürəcək. Hazırlıq prosesinə 15 futzalçı dəvət olunub:
1.Vladislav Reznov – Araz
2.Niyaz Əhmədov – U-19
3.İqbal Pənahov – U-19
4.Tofiq Hüseynov – Keşlə
5.Turan Əhmədov – Keşlə
6.Rauf Rüstəmov – Keşlə
7.Nurlan Mehdizadə – U-19
8.Hüseyn Qarayev – U-19
9.Kənan Əsədli – Keşlə
10.Sabir Həsənov – U-19
11.Ceyhun Nuriyev – Keşlə
12.Nicat Quluzadə – Keşlə
13.Rafael Mütəllimov – U-19
14.Fuad Məmmədzadə – U-19
15.Hüseyn Abutalıbov – U-19
Bizi Facebook-da izləyin