“Azərbaycan millisinə keçidi tezliklə müzakirə edə bilərik”

Hazırda “Ximki”də (Rusiya) çıxış edən Ayaz Quliyev idman vətəndaşlığını Azərbaycan vətəndaşlığına dəyişə biləcəyini etiraf edib.

Komanda.az xəbər verir ki, o, bu haqda “Matç TV”-yə müsahibəsində bildirib.

“Ola bilər ki, tezliklə bu keçidi müzakirə edək. İstənilən halda, karyera millidə yox, klub fəaliyyəti üzərində qurulur. Mümkün keçidimi (Azərbaycan millisinə – red.) istisna etmirəm, lakin bu, mövcud vəziyyətimə görə deyil. Bu barədə çoxdan danışılır. Amma görsəm ki, legioner olmaq Rusiya Premyer Liqasında (RPL) oynamağım üçün çətinlik yaradacaq, bu, başqa məsələ olacaq”.

Xatırladaq ki, AFFA bir neçə ildir Ayaz Quliyevlə danışıqlar aparır. 26 yaşlı yarımmüdafiəçi Rusiyanın gənclər millisində çıxış edib. Bu mövsüm o, RPL-də 18 oyun keçirib və qol vura bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button