Azərbaycan millisinə 16 oyunçu çağırıldı

Sentyabrın 17-dən 21-dək Zlin şəhərində təlim-məşq toplanışı və Çexiya yığması ilə iki yoxlama oyunu keçirəcək Azərbaycan millisinin Bakıda toplanışı başlayıb.

Komanda.az xəbər verir ki, bu gün ilk məşqinə çıxan futzalçılar sentyabrın 16-dək paytaxtda hazırlıq keçəcək. Baş məşqçi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 futzalçı dəvət edib.

Səfərə aparılacaq heyət toplanışın sonunda müəyyənləşəcək və əlavə məlumat veriləcək.

Çexiya-Azərbaycan oyunları sentyabrın 19-da və 20-də Zlin şəhərində keçiriləcək.

Qapıçılar: Emin Kürdov, Vladislav Reznov (hər ikisi “Araz-Naxçıvan”), Kamran Hacıyev (“Baku Fire”)

Meydan oyunçuları: Emil Həsənzadə Xəzər Ağalızadə, İlham Alıyev, Ülvi Əliyev (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Nurlan Mehdizadə, Oktay Rüstəmli, Murad Quluzadə, Fərid Abbasov((“Baku Fire”), Fərid Atakişiyev, Mirzə Əmirov, Eldar Zeynalov, Seymur Məmmədov (Neftçi İK).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button