Azərbaycan millisinin üzvü ən yaxşı seçildi
Azərbaycan millisinin və “Tobol”un üzvü Emil Balayev Qazaxıstan çempionatının 12-ci turunda “Taraz”la keçirilən görüşün (1:0) ən yaxşı futbolçusu seçilib.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 4 dəfə komandasını real qoldan xilas edən Balayev, görüşün ən yaxşısı olub. Onun “performans”ı 290 xalla qiymətləndirilib.
Balayevdən sonra komandanın ən yaxşısı 240 xalla Fernandey Kassay və 250 xalla Aleksander Kleşenko olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin