Azərbaycan millisinin üzvünün komandasında baş məşqçi istefası
Azərbaycan millisinin üzvü Sertan Taşkının formasını geyindiyi “Manisa”da baş məşqçi istefası baş tutub.
Komanda.az xəbər verir ki, Türkiyə birinci liqasında yarışan komandanın uğursuz nəticələrinə görə Mustafa Dalcı postundan gedib.
“Manisa” rəhbərliyi 50 yaşlı məşqçi ilə iş birliyinə son qoymaq qərarına gəlib. Türkiyə klubu qarşılıqlı razılıq əsasında onunla vidalaşıb.
Taşkının komandası 1-ci liqada 13-cü pillədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin