Azərbaycan millisinin üzvü Rusiya çempionu ilə anlaşdı

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Tyaqo Bolinya karyerasını Rusiyanın “Tümen” klubunda davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Buna qədər Norilskin “Nikel” klubunda çıxış edən hücumçu Rusiya çempionu ilə mövsümün sonuna qədər anlaşıb. O, yeni komandasına apreldə keçiriləcək UEFA Çempionlar Liqasının “Dördlər finalı”nda kömək edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button