KİV: Dadaşova şans verin, özünü sübut etsin
Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton” klubu Avropa Liqasının 1/16 final mərhələsində “Espanyol”u qəbul edəcək.
Komanda.az xəbər verir ki, “canavarlar”ın baş məşqçisi Nunu Santu Espirito sözügedən qarşılaşmada əsas heyət üzvlərinin bir neçəsinə istirahət verəcək. Bu barədə “wolves.vitalfootball.co.uk” saytı məlumat yayıb. Xəbərdə, portuqaliyalı baş məşqçinin Renat Dadaşova özünü sübut etməsi üçün şans verməli olduğu bildirilib.
“Vulverhempton” klubu Dadaşovu Avropa Liqasının oyunları üçün sifariş edib. 21 yaşlı hücumçunun “Espanyol”la oyunun heyətində olacağı bildirilir.
Sabah keçiriləcək “Vulverhempton” – “Espanyol” matçı saat 00:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin