Azərbaycan Futzal Federasiyasından Qarabağ qazisinə laqeyd münasibət
Futzal üzrə Yüksək Liqada mübarizə aparan “Marafon”un üzvü Kənan Əsədli Vətən müharibəsində iştirak edib.
Komanda.az xəbər verir ki, bu barədə jurnalist Araz Əhmədov paylaşım edib. Əhmədov, Azərbaycan Futzal Federasiyasının Qarabağ qazisinə laqeyd münasibətini də qabardıb:
“Bu, Kənan Əsədlidir. Futzal üzrə Azərbaycanın 17 və 19 yaşlılardan ibarət yığmasının şərəfini qoruyub. Ölkəmizin Yüksək Liqasında çıxış edən “Marafon”un formasını geyinib. 19 yaşlı Kənan Haqq Savaşımızda ön cəbhədə olub, qəhramancasına vuruşub və ağır xəsarətlər alaraq yaralanıb. Bir aydan artıqdır qospitalda olan ölkəmizin ən perspektivli oyunçularından biri Futzal Federasiyasının laqeyd münasibətiylə üzləşib. Çox böyük təəssüflə qeyd etmək istəyirəm ki, kasıb ailənin övladı olan Əsədlini yada salan, xatırlayan, maraqlanan, kömək etmək istəyən bir nəfər belə, federasiya rəsmisi tapılmayıb”.
Bizi Facebook-da izləyin