
Azərbaycan millisinin futbolçusu üçün Ermənistandan rəqib
Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” klubu Türkiyədə təlim-məşq toplanışındadır.
Komanda.az xəbər verir ki, Ukrayna Premyer Liqası təmsilçisi toplanış çərçivəsində 5 yoxlama oyunu keçirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Aleksandriya” yanvarın 18, 19 və 21-də Bolqarıstan klubları ilə qarşılaşacaq. Komanda müvafiq olaraq “Botev”, “Slaviya” və “Çerno More” ilə üz-üzə gələcək. Bundan əlavə, daha iki yoxlama oyunu keçirəcək Ukrayna təmsilçisi, yanvarın 24-də Makedoniyanın “Makedoniya GP”, 26-da isə Ermənistanın “Pünik” klubu ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin