
Paşayevin 30 dəqiqəsi
Futbol üzrə Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” klubu Hollandiyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, Ukrayna təmsilçisi Almaniyanın “Yurdingen 05” komandası ilə qarşılaşıb. Oyun Almaniyanın 3-cü Bundesliqa təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Pavel Paşayev də bu görüşün iştirakçısı olub. O, 60-cı dəqiqədə meydana daxil olub.
Paşayevin komandası sabah ikinci yoxlama oyununda Belçikanın “Anderlext” klubu ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin