Azərbaycan millisinin üzvü İspaniyada məşqə başladı

İspaniyanın “Albasate” klubu məşqləri bərpa edib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi Sequnda təmsilçisi bu gündən etibarən fərdi qaydada hazırlığa başlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sequnda təmsilçisinin bütün oyunçuları hazırlıq prosesində yer alıb. Onlar məşq bazasına tibbi maskadan istifadə etməklə, fərdi qaydada öz maşınları ilə gəlib. Məşq zamanı bütün gigiyena qaydalarına riayət edilib.

Qeyd edək ki, İsrafilov və komanda yoldaşları iki gün öncə klubun bazasına dəvət olunmuş və koronavirus testindən keçmişdilər. İspaniyada La Liqa ilə yanaşı, Sequnda da martda koronavirus pandemiyasına görə dayandırılıb. Turnirin iyun ayından etibarən bərpası gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button