Azərbaycan millisinin üzvləri Türkiyədə qarşılaşdılar

Türkiyə 1-ci liqasının 28-ci turunda Azərbaycan millisinin futbolçuları üz-üzə gəliblər.

Komanda.az xəbər verir ki, Bəxtiyar Həsənəlizadənin çıxış etdiyi “Tuzlaspor” Coşqun Diniyevin oynadığı “Ümraniyəspor”u qəbul edib.

Oyun 1:1 hesabı ilə başa çatıb. Həsənlizadə start heyətdə meydana daxil olub və sonadək oynayıb. Diniyev isə 90+5-ci dəqiqədə əvəzlənib.

“Tuzlaspor” hazırda 28 xalla turnir cədvəlinin 15-ci, “Ümraniyəspor” isə 34 xalla 11-ci pilləsində yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button