
Azərbaycan millisinin üzvləri Rumıniyada çempion oldu
Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Oksana Xarçenko Rumıniyada çempion olublar.
Komanda.az xəbər verir ki, milli komandanın üzvləri “Alba”nın heyətində bu uğura imza atıblar.
Onların komandası final seriyasında “Voluntari”ni məğlubiyyətə uğradıb.
“Alba” dördüncü dueldə 3:1 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



