Azərbaycan millisinin Türkiyə ilə səfər matçının yeri müəyyənləşib
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, yığmalar qrupun 4-cü turu çərçivəsində iyunun 4-də Ərzincanda üz-üzə gələcəklər.
Qarşılaşma 13000 tamaşaçı tutumuna malik “13 Şubat” stadionunda keçiriləcək.
Azərbaycan millisinin oyunlarının təqvimi belədir:
5 aprel: Macarıstan – Azərbaycan
9 aprel: Azərbaycan – İsveçrə
31 may: Azərbaycan – Türkiyə
4 iyun: Türkiyə – Azərbaycan
12 iyul: Azərbaycan – Macarıstan
16 iyul: İsveçrə – Azərbaycan
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin