“Azərbaycan millisinin sürətli və keyfiyyətli futbolçuları çoxdur” – Estonların baş məşqçisi

Estoniya millisinin baş məşqçisi Yurgen Henn Tallində Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunun matçından əvvəl mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, o, Azərbaycan millisinin kifayət qədər layiqli rəqib olduğunu bildirib:

“Onların sürətli və keyfiyyətli futbolçuları çoxdur. Buna diqqət yetirməliyik. Ötən il Avropa çempionatının seçmə mərhələsində bu komandadan cəmi bir xal ala bilmişdik. Bizi asan oyunun gözlədiyini deyə bilmərik. Amma yaxşı nəticə əldə etməyə çalışacağıq”.

Estoniya – Azərbaycan qarşılaşması oktyabrın 11-də, saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button