Azərbaycan millisinin Saransk toplanışı davam edir
Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Rusiyada təlim-məşq toplanışını davam etdirir.
Komanda.az xəbər verir ki, yanvarın 2-dən Saransk şəhərində hazırlıqlara start verən millimiz Mordoviya komandasıyla birgə məşqləri davam etdirir.
Baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutan toplanış yanvarın 16-dək davam edəcək.
Qeyd edək ki, yunan-Roma güləşçilərimiz üçün 2020-ci ilin ilk yarışı yanvarın 18-19-da Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə keçiriləcək Qran-pri turniri olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin