Azərbaycan millisinin sabiq hücumçusu Latviyada 5 qola üzüldü
Futbol üzrə Latviya çempionatında 8-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti maçtına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Valmiera” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:5.
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.
“Super Nova” 8 turdan sonra 3 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin