De Byazi İran klubunun maraq dairəsində
Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi İran klubunda çalışa bilər.
Komanda.az “tehrantimes.com” saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis “Persepolis” klubunun maraq dairəsindədir.
Bu ayın əvvəlində baş məşqçi Yəhya Qolməhəmmədini istefaya göndərən Tehran təmsilçisi De Byazi ilə danışıqlara başlayıb. Bu posta digər namizəd portuqaliyalı Joze Vitor dos Santuş Pezeyrudur. Hazırda Nigeriya millisini çalışdıran Pezeyru 2003/2004 mövsümündə “Real”da baş məşqçi Karluş Keyruşun köməkçisi olub.
Canni De Byazi 2023-cü ilin noyabrında Azərbaycan millisindən ayrılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin