
Azərbaycan millisinin rəqiblərinin oyununa təyinat aldı – Xudiyev
Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Xudiyev Finlandiya və Norveçin 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasındakı Avropa çempionatının seçmə oyununda iş başında olacaq.
Qarşılaşma iyunun 10-da keçiriləcək.
Hər iki komanda Azərbaycanla birlikdə A qrupunda yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin