Azərbaycan millisinin rəqibi yoxlama matçında 4 qola sevindi
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Qazaxıstan yığması komandamızla matçdan öncə yoldaşlıq oyunu keçirib.
Komanda.az xəbər verir ki, Qazaxıstan millisi “Astana Arena”da ölkənin U-21 komandası ilə qarşılaşıb.
Qarşılaşma əsas yığmanın 4:1 hesablı qələbəsiylə yekunlaşıb. Qazaxıstan yığmasının qollarını dubla imza atan Aleksandr Maroçkin (29, 45), eləcə də Maksim Samorodov (47) və Aleksey Şetkin (81-pen.) vurublar.
Qazaxıstan – Azərbaycan oyunu iyunun 3-də “Astana Arena”da keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin