Azərbaycan millisinin rəqibi yoldaşlıq oyunu keçirəcək
Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Qazaxıstan millisi yoldaşlıq oyunu keçirəcək.
Komanda.az xəbər verir ki, Məhəmməd Adıyevin baş məşqçi olduğu komanda noyabrın 20-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri millisi ilə üz-üzə gələcək.
Komanda bundan əvvəl Millətlər Liqasında sentyabrın 22-də Belarusu qəbul edəcək, üç gün sonra isə Azərbaycan millisinin qonağı olacaq.
Qazaxıstan yığması 10 xalla C Liqasının 3-cü qrupunda liderdir. 4 xala malik Azərbaycan millisi 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin