
Azərbaycan millisinin Rusiya ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb
Azərbaycanın qadın futbolçulardan ibarət millisinin Rusiya ilə keçirəcəyi yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 22 futbolçu dəvət edib.
Yoldaşlıq görüşləri yığmanın noyabrın 26-dan dekabrın 3-dək Rusiyanın Soçi şəhərində keçirəcəyi təlim-məşq toplanışı zamanı baş tutacaq.
Milliyə dəvət alan futbolçuların siyahısı belədir:
| S. | Ad/Soyad | KLUB |
| 1 | Aytac Şərifova | Hakkarigücü (Türkiyə) |
| 2 | Günay İsmayılova | Neftçi |
| 3 | Nigar Mirzəliyeva | Zenit (Rusiya) |
| 4 | Manə Mollayeva | Neftçi |
| 5 | Fidan Cəfərova | Neftçi |
| 6 | Kamilla Məmmədova | Okjetpes (Qazaxıstan) |
| 7 | Vüsalə Seyfəddinova | Neftçi |
| 8 | Firəngiz Teymurova | Neftçi |
| 9 | Jalə Məhsimova | Bəylərbəyi Spor (Türkiyə) |
| 10 | Coşqunə Əliyeva | Neftçi |
| 11 | Sevinc Cəfərzadə | Krasnodar (Rusiya ) |
| 12 | Kristina Bakarandze | Qalatasaray (Türkiyə) |
| 13 | Ayşən Əhmədova | Krılya Sovetov (Rusiya) |
| 14 | Alina Dorofeyeva | Yenisey (Rusiya) |
| 15 | Diana Məmmədova | Yenisey (Rusiya) |
| 16 | Milana Rəhimova | Ünyespor (Türkiyə) |
| 17 | Ayşən Salamzadə | Neftçi |
| 18 | Vüsalə Hacıyeva | Ünyespor (Türkiyə) |
| 19 | Aysun Əliyeva | Neftçi |
| 20 | Aysun Muradova | Gölbaşı Bələdiyyə Spor (Türkiyə) |
| 21 | Fatimeyi Zəhra Hüseynli | Dirçəliş |
| 22 | Sevinc Fəttazadə | Neftçi |
Azərbaycan millisi noyabrın 28-də FİŞT Olimpiya Stadionunda, dekabrın 2-də isə “Soçi” klubunun Məşq Bazasında Rusiya yığması ilə qarşılaşacaq. Hər iki matç saat 18:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



