
Azərbaycan millisinin qazaxlarla oyununun başlama vaxtı dəyişdirilib
Azərbaycan millisinin Qazaxıstan yığmasına qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq oyununun başlama vaxtı dəyişdirilib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda təşkil olunacaq görüş saat 18:00-da start götürəcək.
Qarşılaşmanın daha əvvəl saat 20:00-da başlayacağı açıqlanmışdı.
Azərbaycan milli komandası iyunun 7-də, saat 21:00-da eyni məkanda Albaniya yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin