Azərbaycan millisinin oyununun keçirilməsi sual altındadır – Havaya görə 

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasında Monteneqro ilə oyunu qeyri-sabit hava şəraiti ilə əlaqədar öncədən nəzərdə tutulduğu kimi saat 15:00-da başlamayacaq.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, baş hakim vəziyyətə yerində baxış keçirdikdən sonra matçın keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar verəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button