Azərbaycan millisinin oyunu 7 avroya

İyunun 7-də keçiriləcək Latviya – Azərbaycan yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, paytaxt Riqada keçiriləcək qarşılaşmanı izləmək istəyən azarkeşlər 7 avrodan 30 avroya qədər xərcə düşəcəklər.

Matç aat 17:00-da başlayacaq. Baltikalılar “Skonto” klubunun ev matçlarını keçirdiyi stadionda reallaşacaq görüşdən üç gün sonra DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində Albaniya millisini qəbul edəcəklər.

Azərbaycan millisi iyunun 10-da Bakıda Macarıstanla da yoldaşlıq matçında üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button