
Azərbaycan millisinin oyunlarının təqvimi bəlli oldu
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının 2025-ci il mövsümündə keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
Komanda.az xəbər verir ki, C liqasının 4-cü qrupunda yer alan millimiz 2025-ci ilin fevral, aprel və may aylarında Litva və Monteneqro komandaları ilə ümumilikdə 4 görüş keçirəcək.
21 fevral: Azərbaycan – Monteneqro
4 aprel: Litva – Azərbaycan
8 aprel: Monteneqro – Azərbaycan
30 may: Azərbaycan – Litva
Qrupda birinci yeri tutacaq komanda Avropa çempionatının qrup mərhələsinə B Liqasından başlamaq şansı qazanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin