
Azərbaycan millisinin oyunlarının məkanı dəyişdirildi
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Bakıda oktyabrın 12-də Şimali İrlandiya, 17-də isə Lüksemburq yığmalarına qarşı keçirəcəyi oyunların stadionu dəyişdirilib.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, hər iki qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi, “Dalğa Arena”da deyil, “Azərsun Arena”da keçiriləcək.
Oyunlar saat 18:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin