Azərbaycan millisinin oyun təqvimində dəyişiklik edildi

6-cı İslam Həmrəyliyi Oyunlarının voleybol yarışlarının proqramında dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən 6-cı İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi sabah ilk oyununa çıxacaq.

Komandamız əvvəlcədən nəzərdə tutulduğu kimi Tacikistanla deyil, İranla qarşılaşacaq. Buna səbəb Tacikistan komandasının müəyyən səbəblərdən Ər-Riyada vaxtında yollana bilməməsidir. Təşkilat komitəsinin qərarına əsasən, yığmanın sabahkı rəqibi İran olub.

Qeyd edək ki, komanda növbəti oyunlarda Tacikistan, Türkiyə və Əfqanıstan kollektivləri ilə üz-üzə gələcək.

Reqlamentə görə, ilk iki pilləni tutan komandalar qızıl medal, üçüncü və dördüncü yerləri tutan komandalar isə bürünc medal uğrunda qarşılaşacaqlar. Final və üçüncülük oyunları noyabrın 13-də baş tutacaq.

Milli komandamızın oyun cədvəli:

4 noyabr

14:00. Azərbaycan – İran

6 noyabr

14:00. Azərbaycan – Tacikistan

9 noyabr

17:00. Azərbaycan – Türkiyə

12 noyabr

15:00. Azərbaycan – Əfqanıstan

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button