Azərbaycan millisinin Monteneqro və Albaniya oyunlarının vaxtı bilindi

17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, B liqasında 3 komandalı qrupda yer alan millimiz bu ilin sentyabrın 27-də Monteneqro, 30-da isə Albaniya yığması ilə qarşılaşacaq.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, bu qrupun oyunları Albaniyada keçiriləcək.

Xatırladaq ki, 17 yaşadək qadınlardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2022-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button