Azərbaycan millisinin Millətlər Liqasındakı oyunlarına təyinatlar açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının Millətlər Liqasında keçirəcəyi oyunların təyinatları bəlli olub.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, Kipr – Azərbaycan matçını Belçikadan olan hakimlər briqadası idarə edəcək.

FİFA referisi Karolin Lanssensa İrmqard Van Meirvenne və Marqot Yacobs kömək göstərəcək. Dördüncü hakim funksiyasını Yana Van Laere yerinə yetirəcək.

Azərbaycan – Farer adaları matçı İsveçdən olan ədalət təmsilçilərinə həvalə edilib. Əsas hakim Lovisa Johanssona Kamilla Stendal və Jilan Taher yardımçı olacaq. Dördüncü hakim isə Maral Mirzai Benidir.

İlk görüş dekabrın 1-də Limassolda, ikinci oyun isə dekabrın 5-də Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button