Azərbaycan millisi Maltaya uduzdu

Bu gün futbol üzrə Azərbaycan milli komandası yoxlama oyununda qüvvəsini sınayıb.

Komanda.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi milli Maltada bu ölkənin yığma komandası ilə qarşılaşıb. İspaniyadan olan hakimlər briqadasının idarə etdiyi oyun Azərbaycan yığmasının məğlubiyyəti ilə başa çatıb.

De Byazinin uzun fasilədən sonra milli komandaya dəvət etdiyi Eddi İsrafilov, Dmitri Nazarov kimi futbolçular da bu gün meydana çıxıblar.

Yoxlama oyunu

25 mart

Malta – Azərbaycan
1:0
Qol: Y.Deqabriele, 55.
Baş hakim: Alexandro Ernandes
Köməkçi hakimlər: Xose Naranyo, Angel Nevado
Dördüncü hakim: Sezar Soto (hamısı İspaniya)
Malta. Milli Stadion

Malta: 1. Henri Bonelyo, 3. Rayan Kamenzuli, 4. Stiv Borq, 5. Andrey Aqius (k), 6. Mettyu Gilyaumyer, 7. Jozef Essyen Mbonq, 8. Brendon Dieqo Payber, 14. Aleksander Satariano, 17. Teddi Teuma, 18. Yurgen Deqabriele, 23. Yan Borq.
Ehtiyat oyunçular: 12. Mettyu Kallexa Kremona, 16. Kain Formosa, 2. Ferdinando Apap, 9. Luk Montebello, 10. Stephen Pisani, 11. Pol Mbonq, 13. Enriko Pepe, 15. Ceyms Braun, 19. Adam Maqri Overend, 20. Yan Busuttil, 21. Danstan Vella, 22. Zaç Muskat.
Baş məşqçi: Devis Manqia.
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 14. Eddi İsrafilov, 18. Filip Ozobiç, 22. Aleksey İsayev.
Ehtiyat oyunçular: 12. Mehdi Cənnətov, 23. Nicat Mehbalıyev, 4. Bəhlul Mustafazadə, 7. Rüstəm Əhmədzadə, 9. Renat Dadaşov, 10. Dmitri Nazarov, 15. Bədavi Hüseynov, 16. Coşqun Diniyev, 17. Toral Bayramov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Amin Seydiyev.
Baş məşqçi: Canni De Byazi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button