Azərbaycan millisi İtaliyaya da biabırçı hesabla uduzdu
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün qrupda ikinci oyununu keçirib.
Komanda.az xəbər verir ki, milli komanda Bakı vaxtı ilə saat 16:00-da İtaliyada keçirilən oyunda italiyalı yaşıdları ilə qarşılaşıb.
Azərbaycan millisi ilk oyunda Norveçə 0:7 hesabı ilə uduzmuşdu. İtaliyadakı görüşdə isə futbolçularımız 9 cavabsız qola üzülüblər.
Avropa çempionatı, seçmə mərhələ, 2-ci tur
23 oktyabr
İtaliya (U-19) – Azərbaycan (U-19) 9:0
Baş hakim: Teresa Alise Pimenta Oliveira (Portuqaliya)
Baş hakimin köməkçiləri: Sara Diana Pereira Alves (Portuqaliya), Viktoriya Finlay (Şimali İrlandiya)
Dördüncü hakim: Luise Tompson (Şimali İrlandiya)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin