Azərbaycan millisinin İslandiya və Fransa ilə ev oyunlarının yeri müəyyənləşib

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.

Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, D qrupunun son turları çərçivəsində İslandiya ilə görüş noyabrın 13-də “Neftçi Arena”da baş tutacaq.

Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Hər iki oyun saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button