Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi müəyyənləşib

Azərbaycan futzal millisinin Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarında keçirəcəyi matçların təqvimi müəyyənləşib.

Bu barədə Komanda.az-a Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

A qrupunda yer alan komanda noyabrın 4-də Liviya, 6-da Özbəkistan, 8-də isə Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.

Qrupda ilk 2 yeri tutacaq komanda yarımfinala vəsiqə qazanacq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qalib və bürünc medalçının adına isə noyabrın 11-də aydınlıq gətiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button