Azərbaycan millisinin ilkin heyəti açıqlanıb
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlar üçün ilkin heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, baş məşqçi Aqil Nəbiyev 20 futbolçuya dəvət göndərib.
Qəbələdə təlim-məşq toplanışına başlayan U-19 noyabrın 13-də Lüksemburqa yollanacaq. Millinin yekun heyəti səfər ərəfəsində müəyyənləşəcək.
U-19-un heyəti: Sadiq Məmmədzadə, Əkbər Eyubov, Zaman Zamanlı, Adəm Topalov, İftixar İbrahimov (hamısı “Səbail”), Rəvan Mirzəmmədov, Fəxri Məmmədli, Həmzaəlı Mikayılov, Tuncay Cəfərli (hamısı “Sabah”), Hüseyn Hüseynov, Sadiq Şəfiyev, Cavid Qasımov (hamısı “Turan Tovuz”), Rüfət Abbasov, Nihad Əliyev, Murad Məmmədov (hamısı “Neftçi”), Xəyal Fərzullayev (“Sumqayıt”), Saleh Süleymanov (“Cəbrail”), Arzu Atakişiyev (“Kəpəz”), Uğur Səfərov (“Qarabağ”), Murad Ələkbərov (“Zirə”).
Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupunda yer alan Azərbaycan millisi noyabrın 15-də Bosniya və Herseqovina, 18-də Niderland, 21-də isə Lüksemburqla qarşılaşacaq.
Bizi Facebook-da izləyin