Azərbaycan millisinin heyətində dəyişiklik – “Qarabağ” futbolçularını geri çağırdı
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Qarabağ”ın müraciəti əsasında İsmayıl İbrahimli, Hacıağa Hacılı və Nicat Mehbalıyev klubun UEFA Çempionlar Liqasında Kiprin APOEL komandası oyunu ilə əlaqədar millinin toplanışından azad ediliblər.
Onların əvəzinə “Səbail”dən Ədilxan Qarəhmədov, “Qəbələ”dən Samir Məhərrəmli və “Sumqayıt”dan Səbuhi Abdullazadə dəvət olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin