
Azərbaycan millisinin heyətində dəyişiklik edilib
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sabah” komandasının oyunçusu Xanım Əsədova yığmaya qoşulub.
Komanda Avropa çempionatının seçmə mərhələsinin son iki turu çərçivəsində iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin