
Azərbaycan millisinin futbolçusu Rusiyada rəmzi komandaya düşüb
Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya Qadınlar Liqasında 8-ci turun rəmzi komandasına seçilib.
Komanda.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
“Zenit”in formasını geyinən müdafiəçi 8-ci turda “Rubin”lə matçdan (2:0) sonra fərqləndirilib.
“Zenit” ölkə çempionatında 8 turdan sonra 17 xalla 13 komanda arasında üçüncü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


