Azərbaycan millisinin futbolçusu məhkəmə qarşısında

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov məhkəmə qarşısına çıxacaq.

Komanda.az “futbolbalear.es”ə istinadən xəbər verir ki, İspaniyanın “Albesete” klubunun şərəfini qoruyan İsrafilov, 2016-cı ildə “Eybar”da çıxış edərkən sabiq komanda yoldaşları Serxio Enrik və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunur.

Eddidən başqa, sözügedən futbolçular da məhkəmə qarşısına çıxacaq. Futbolçuların günahları sübut olunarsa, İsrafilov 3 il, digərləri isə 5 il müddətində azadlıqdan məhrum edilə bilər. Bundan başqa, onlar təzminat da ödəməli olacaqlar.

Məsələylə bağlı məhkəmə iclası oktyabrın 14-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button