Azərbaycan millisinin futbolçusu “Atletiko”ya qol vurdu

Cənubi Koreyanın “Tedjon Xana Sitizen” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk İspaniyanın “Atletiko” (Madrid) komandasına qol vurub.

Komanda.az xəbər verir ki, 25 yaşlı müdafiəçi K Liqasının ulduzlarından ibarət kollektivin Madrid təmsilçisi ilə keçirdiyi yoldaşlıq oyununda fərqlənib.

İkinci hissədə meydana daxil olan oyunçu 50-ci dəqiqədə La Liqa klubunun qapısına yol taparaq komandasının ilk qolunun müəllifi olub.

Görüş cənubi koreyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button