Azərbaycan millisinin daha bir futbolçusu İsveçlə oyunda iştirak edə bilməyəcək
Azərbaycan millisinin daha bir futbolçusu İsveçə qarşı keçiriləcək UEFA Millətlər Liqasının 6-cı turunun oyununu buraxacaq.
Komanda.az xəbər verir ki, Rahil Məmmədov İsveçdəki qarşılaşmada komandaya kömək edə bilməyəcək.
Buna müdafiəçinin Qəbələdə Estoniya ilə qolsuz bitən matçda zədələnməsi səbəb olub.
Məmmədov buna görə İsveçə aparılmayacaq. Əvvəlki oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən Elvin Cəfərquliyev də meydana çıxmayacaq.
Noyabrın 19-da keçiriləcək İsveç – Azərbaycan matçının start fiti saat 23:45-də səsləndiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin