“Azərbaycan millisinin bəzi üzvləri A Seriyasında oynaya bilər” – De Byazi
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda Lüksemburq yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
“Lüksemburqla oyun çətin keçəcək. Çünki rəqibin heyətində yaxşı keyfiyyətə malik futbolçular var. Rəqib futbolçuların əksəriyyəti ölkə xaricində çıxış edir. 12 ildir birlikdə işləyirlər. Bizdən bir az öndədirlər.
Azərbaycan millisindən kimlər İtaliyada oynaya bilər? Düşünürəm ki, bəzi futbolçular “Venetsiya” və “Spetsiya” kimi yüksək yerlər uğrunda mübarizə aparmayan komandalarda çıxış edə bilərlər”.
Noyabrın 11-də Bakı Olimpiya Stadionunda baş tutacaq Azərbaycan – Lüksemburq matçına saat 21:00-da start veriləcək.
Bizi Facebook-da izləyin