Azərbaycan millisinin baş məşqçisinin köməkçisi məlum olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligilin köməkçisi məlum olub.

Komanda.az xəbər verir ki, bu vəzifəni Gençer Yarkın yerinə yetirəcək. O, yığmada fiziki hazırlıq üzrə məşqçi olacaq.

Ataman Güneyligil Azərbaycan yığmasına mayın 15-də təyin olunub. 39 yaşlı Gençer Yarkın isə əvvəllər Türkiyənin “Qalatasaray” klubunda eyni vəzifəni icra edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button