Azərbaycan millisinin baş məşqçisinin istefası qəbul olundu

Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinovun istefa ərizəsinə baxılıb.

Komanda.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qurumun rəhbərliyinin iştirakı ilə keçirilən iclasda mütəxəssisin müraciəti müzakirə olunub. Səhhəti ilə bağlı milli komandadan ayrılmaq istəyən Şirinovun istəyi müsbət dəyərləndirilib.

Yaxın günlərdə boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasını çalışdıracaq mütəxəssisin adı açıqlanacaq.

Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunmuşdu. O, bunadək 2 il ərzində gənclərdən ibarət Azərbaycan millisini çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button