Azərbaycan millisinin baş məşqçisi Qəbələdə
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç köməkçisi Vladimir Kozulla birlikdə bu gün “Qəbələ” akademiyasının qonağı olub.
Komanda.az xəbər verir ki, klubun U-17 komandasının səhər məşqini izləyən qonaqlar meydançalar və akademiya binası ilə tanış olduqdan sonra Halim Fıçıcı, Nail Kərimov və Famil Xəlilovla birlikdə fikir mübadiləsi aparıblar.
Onlar bu axşam keçiriləcək Premyer Liqanın “Qəbələ” – “Neftçi” matçını da canlı izləyəcəklər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin