Azərbaycan millisinin baş məşqçi postunu direktor vəzifəsinə dəyişdi
Qadın güləşçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Aslan Ağayev tutduğu postdan ayrılıb.
Komanda.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Ağayev bundan sonra Astara olimpiya idman kompleksinin direktoru kimi fəaliyyətini davam etdirəcək.
Aslan Ağayev 2005-2016-cı illərdə sərbəst güləş üzrə milli komandada məşqçi kimi çalışıb. O, 2017-ci ildən qadınlardan ibarət milli komandanın baş məşqçisi idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin