AFFA rəsmisindən Fatih Terimlə bağlı AÇIQLAMA

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin ilk oyununda İslandiya yığmasına məğlub olduqdan (0:5) sonra baş məşqçi Fernandu Santuşla yollar ayrıldı.

Azərbaycan millisinin boş qalan baş məşqçi postuna son günlərdə Türkiyə yığmasının sabiq çalışdırıcısı Fatih Terimin və Engin Fıratın adı çəkilir.

Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundovla əlaqə saxladıq. Axundov Komanda.az-a açıqlamasında hazırda müzakirələr və danışıqlar getdiyini bildirdi:

“Baş məşqçi məsələsi ilə bağlı onu deyə bilərəm ki, hazırda müzakirələr və danışıqlar gedir. Yekun qərar AFFA-nın İcraiyyə Komitəsinin iclasında veriləcək”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button