Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsindəki oyunlarının təqvimi məlum olub
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.
Bu barədə Komanda.az-a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
7-ci qrupda yer alan yığma ilk matçını martın 26-da Bosniya və Herseqovina seçməsinə qarşı keçirəcək. Oyun saat 19:00-da başlayacaq.
U-19 martın 27-də, saat 22:00-da Xorvatiya, iki gün sonra saat 19:00-da Türkiyə ilə üz-üzə gələcək.
Əsas mərhələnin qarşılaşmaları Xorvatiyada olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin